Tarix : 2015 Mar 01
Kod 45486

Azərbaycan respublikasinda daha bir inancli insan həbs olundu

Saxlanılan inanclının yaxınları saxlanma səbəbin bildiriblər ki, B.Hüseynlinin saxlanma səbəbi manatın dəyərinin aşağı düşməsi və qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya təşkil etməsidir

Arannews -  Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları dünən rayon inanclısı Bilal Hüseynlini saxlayaraq polis şöbəsinə aparıb.

Saxlanılan inanclının Yaxınları bildiriblər ki, B.Hüseynlinin saxlanma səbəbi manatın dəyərinin aşağı düşməsi və qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya təşkil etməsidir. Yaxınları bildiriblər ki, Bilal Hüseynli polis şöbəsindən çıxarılaraq aksiya təşkilatçısı kimi Lənkəran Şəhər Məhkəməsinə aparılıb.

Lənkəran məhkəməsində də onun barəsində 7 sutka həbs qərarı çıxarılıb.

 

  • Yazılıb
  • da (də) 2015 Mar 01