Tarix : 2015 Mar 01
Kod 45485

Bahalaşma ilə bağlı bakida aksiya keçirildi

Şüar səsləndirən iştirakçılardan 9 nəfər polis tərəfindən saxlanılıb

Arannews -  Dünən saat 15:00-da Fəvvarələr Meydanında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ölkədə manatın ucuzlaşmasından sora yaranmış süni qiymət artımına öz etirazlarını bildiriblər. Bir həftə əvvəl təyin edilmiş aksiyada 100-ə yaxın insan iştirak edib. Şüar səsləndirən iştirakçılardan 9 nəfər polis tərəfindən saxlanılıb. Saxlanılanlar arasında 70 yaşlı təqaüdçü də var. Aksiya iştirakçılarından birinin vəziyyəti pisləşib. Əraziyə Təcili Tibbi Yardım çağrılıb.

  • Yazılıb
  • da (də) 2015 Mar 01