Tarix : 2015 Mar 01
Kod 45484

Fətullah Gülənin ekstradisiyası üçün bir İran vətəndaşının ABŞ-a təhvil verilməsi

Ədalət və İnkişaf Partiya başqanlarının bir zamanlar bu partiyaların mənəvi rəhbəri kimi tanınmış Fətullah Gülənlə ixtilaflarının dərinləşməsinin ardınca Ankara Amerikadan Güləni Türkiyəyə qaytarmasını və onun mühakimə olunmasını tələb etdi.

AranNews- Bu proqram çərçivəsində əldə edilən məlumatlardan belə görünür ki, Türkiyə dövləti Gülənin qaytarılması üçün haker fəaliyyətləri ilə məşğul olan bir İran vətəndaşını ABŞ-a təhvil vermişdir.
"Sabah" qəzetinə əsasən, Türkiyə bu ayın əvvəllərində ABŞ şirkətlərinə qarşı haker hücumları etmiş bir İran vətəndaşını ABŞ-a təhvil vermişdir. Bu addım Fətuhllah Gülənin ekstradisiyası üçün Ankaranın ABŞ-a təzyiqləri ilə eyni zamanda baş tutmuşdur.
Qəzetin yazdığına görə 12 fevralda 29 yaşlı tələbə Nima Gulustane İstanbulda Amerika rəsmilərinə təhvil verilmişdir. Federal Təhqiqat Bürosunun tələbi ilə interpol tərəfindən qırmızı xəbərdarlıq elan olunmuş Nima Gulustane həbs hökmünün icra edilməsi üçün Vermont ştatına aparılmışdır. Ona 30 il həbs cəzasının verilməsi gözlənilir.
Türkiyə polisi onu 2013-cü ilin dekabr ayında İstanbulda bir turist bölgəsində həbs etmişdi.  Bir neçə ay Türkiyədə həbsxanada saxlanıldıqdan sonra Ankara dövləti gözlənilmədən onu ABŞ-a təhvil verdi. Bu addım Davudoğlu dövləti tərəfindən Türkiyənin cinayətkarların təhvil verilməsində beynəlxalq qanunlara əməl etməsini göstərmək üçün olması nəzərdə tutulmuşdur və Amerikadan da qarşılıqlı addımı atmasını istəyir.
Qeyd edək ki, İstanbul məhkəməsi Fətullah Güləni dövlət çevrilişi məqsədilə polis və məhkəmə orqanlarına nüfuz etməkdə suçlu bilərək, ona qarşı həbs hökmü çıxarmışdır. Bu ABŞ-ın Güləni ekstradisiya etməsi üçün ilk addım sayıla bilər. Gülən hal-hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayır. Türkiyədə onun qaytarılması üçün hüquqi prosesin tamamlanmasından sonra Gülənə beynəlxalq qırmızı xəbərdarığın verilməsi gözlənilir. 

  • Yazılıb
  • da (də) 2015 Mar 01