Tarix : 2015 Feb 28
Kod 45480

Minsk qrupunun bütün ölkələri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün, aktivlik nümayiş etdirməlidir

Azərbaycan XİN: Həmsədr ölkələrdən isə gözləntimiz odur ki, Ermənistanın destruktiv, danışıqlar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq, bu ölkəyə fərqli münasibət sərgiləsinlər, məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq olunması nəzərdən keçirsinlər

Arannews -  “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun bütün ölkələri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün öz töhfələrini verməli, aktivlik nümayiş etdirməlidir ”.

bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib .

Onun sözlərinə görə,'' Ümumilikdə yekun məqsəd Azərbaycan ərazilərinin işğaldan azad olunması, məcburi köçkünləri öz evlərinə qayıtmasıdır .

Almaniya və Türkiyənin Minsk qrupunun həmsədr ölkəsi olması hələlik gündəlikdə deyil .

Həmsədr ölkələrdən isə gözləntimiz odur ki, Ermənistanın destruktiv, danışıqlar prosesinə xələl gətirmək siyasətini nəzərə alaraq, bu ölkəyə fərqli münasibət sərgiləsinlər, məcburedici tədbirlər, o cümlədən sanksiyaların tətbiq olunması nəzərdən keçirsinlər” .

  • Yazılıb
  • da (də) 2015 Feb 28