Tarix : 2015 Feb 28
Kod 45477

Türkiyə siyasi partiyası ilk dəfə olaraq Bəşər Əsədlə görüşür

Vətən Partiyasının başqanı Doğu Perincek Suriyaya səfər edərək Bəşər Əsədlə görüşəcək.

AranNews-, 28 fevralda Doğu Perincekin Bəşər Əsədlə baş tutacaq görüşü Türkiyə partiya lideri olaraq Suriya prezidenti ilə ilk görüşü hesab edilir. Xarici ölkələrin Suriyaya qarşı hücumlarının pik həddə çatdığı və Türkiyə dövlətinin Suriya torpaqlarına soxularaq Süleyman şah məzarını digər bir yerə köçürməsi ilə eyni zamanda baş tutan bu görüşdə Türkiyə-Suriya qarşılıqlı münasibətləri və regional balanslar barədə müzakirələr aparılacaq.
Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə baş tutan bu səfərdə Doğu Perinceki Vətən Partiyasının 13 nəfər funksioneri müşayət edir. Partiya rəhbərlərinin proqramlarında Suriya Milli Məclisinin sədri və digər dövlət rəsmiləri ilə görüşlər yer tutur.
Qeyd edək ki, Vətən Partiyası Türkiyənin ən böyük idman salonunda 15 min partiya üzvünün iştirakı ilə keçirdiyi fövqəladə konqresində bu partiyan ölkənin hakim partiyası qarşısında yeni qüvvə adlandırdı. Partiya, Ərdoğanın Yaxın Şərq siyasətlərini həmişə Türkiyənin milli maraqlarına zidd hesab etmiş, regionun problemlərinin yeganə həll yolunu xarici qüvvələrin regiondan çıxarılmasında və Yaxın Şərq ölkələrinin Türkiyə, İran, İraq və Suriyanın başçılığı ilə regional ittifaqında görür.

  • Yazılıb
  • da (də) 2015 Feb 28