Tarix : 2015 Feb 28
Kod 45475

Sionistlər İrandan karikatura müsabiqəsinin dayandırılmasını tələb etdilər

Sionistlər araşdırılmasına icazə vermədikləri soyqırım barədə karikaturaların çəkilməsinə görə narahatdılar

AranNews-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, sionist İsrail rejimi İrandan "Holokost" haqqında karikatura yarışmasının dayandırılmasını tələb edib.
İranda "Holokost" karikatura müsabiqəsini keçirən İran Karikatura Evinin Sədri Məsud Şucai Təbətəbai sionist İsrailin yarışmanı dayandırma tələbi bu rejimin acizliyinin pik nöqtəsi olduğunu söyləyib. Təbətəbai  müsabiqənin məqsədinin Qərb və sionist İsrailin ifadə azadlığına qarşı ikili standart mövqeyi nümayiş etdirmək olduğunu, qərb və sionistlərin bir tərəfdən İslam peyğəmbərini təhqir etməyi caiz görərkən, digər tərəfdən "Holokast"-la bağlı hətta araşdırma aparılmasını belə qadağan etdiyini qeyd edib.
Məsud Təbətəbainin sözlərinə əsasən, indiyədək 15 ölkədən məşhur karikaturaçıların əsərləri müsabiqəyə göndərilib. Qeyd edək ki, "Holokost" yəhudilərin qondarma soyqırımına verilən addır və bu "soyqırım"ın araşdırılmasına icazə verilmir.

  • Yazılıb
  • da (də) 2015 Feb 28