Tarix : 2015 Feb 26
Kod 45471

Həbsdən çıxan İslamçı məhbuslar Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinə çağırıldilar

azadlığıa çıxan islamçı məhkumlar “Bandotdel”ə çağrılıb

Arannews -  Dünən 6 ay əvvəl həbs müddəti başa çataraq azadlığıa çıxan islamçı məhkumların Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinə çağırılması barədə xəbərlər yayıldı.

İslaminsesi.org-un əməkdaşınin sualarin cavablandiran , Peyğəmbər(s) vəfatı və Xocalı hadisəsinin ildönümü ilə bağlı islamçıların Şəhidlər Xiyabanına yürüşü zamanı saxlanılaraq 4 il yarım müddətinə həbs cəzasına məhkum olunan, ötən ilin ortalarında azadlığa çıxan İslam Partiyasının funksioneri Elmar Səmədovdur.

-Belə bir məlumat aldıq ki, sizi dünən “Bandotdel” də dindiriblər. Sizi bu idarəyə nəyə görə çağırmışdılar, hansı məsələdə təqsirləndirirdilər ?

-Məlum məsələdir ki, bu idarəyə adamları nəyə görə dəvət edirlər. Məni də cağırıb şantaj və hədələr səsləndirdilər, əgər bir də saxlansam 10 il həbs cəzası alaçağımı dedilər. Məndən izahat aldılar,yaşayış yerim və işimlə maraqlandılar .

-Axi sizi konkret olaraq nədə təqsirləndirirdilər ?

-Deyirdilər ki, guya tez-tez piketlər təşkil edirik, sabitliyi pozuruq .

-Axı islamçıların ötən ilin noyabr ayında təşkil etdiyi mitinqə icazə verilmədiyi üçün təxirə salınmışdı. Hələ ki, yeni aksiyalar da nəzərdə tutulmur, söhbət hansı piketlərdən gedirdi ?

-Məsələ bundadır ki, son 4-5 ayda hec bir piket keçirilməyib və hələlik keçirilməsi də planlaşdırılmır. Çünki İslam Partiyası ölkədə gərginlik yaratmamaq üçün yalnız icazəli aksiyalar keçirməyə qərar verib. Üzvü olduğum bu partiya hər zaman dövlətçiliyin qorunması, ordu quruculuğu, ərazi bütövlüyünün təmin olunması istiqamətini fəal dəstəkləyir, milli vətənpərvərlik hisslərinin təbliği ilə məşğul olur .

Amma mənim özümə gəlincə, bu piketlər keçirilsəydi belə, onlara qatılmağa hələ fiziki imkanım yox idi. Çünki zindanda olduğum illərdə cəhhətimdə ciddi problemlər yaranıb və indiyə qədər müalicədə olsam da, sağlamlığımı tam bərpa edə bilməmişəm .

-Sizdən başqa da ora çağırılan oldu ?

-Hə, məminlə eyni gündə azadlığa çıxmış Ağəli adlı keçmiş məhbus dindar da idarəyə çağrılmışdı. O, partiya üzvü deyil, təəssübkeşlərdəndir. Onun gedib getməməyindən hələlik xəbərim yoxdur .

  • Yazılıb
  • da (də) 2015 Feb 26