Tarix : 2015 Feb 26
Kod 45470

Əhlibeyt alimləri Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirib

Anım tədbirində hacı Zülfüqar Mikayılzadə, Gürcüstan ilahiyyatçılarından hacı Faiq, hacı Nuhbala Rəhimov və digərləri çıxış edib

Arannews -  Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi - Foto

Əhlibeyt alimləri Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş anım tədbiri keçirib .

Məlumata görə, tədbirdə ölkənin tanınmış ilahiyyatçıları iştirak edib .

Anım tədbirində hacı Zülfüqar Mikayılzadə, Gürcüstan ilahiyyatçılarından hacı Faiq, hacı Nuhbala Rəhimov, Seyid Rauf Hüseynov, Müsəlman Birliyi hərəkatının sədr əvəzi Kərbəlayi Elçin Qasımov, əhlibeyt şairi Elşən Xəzər və digərləri çıxış edib .

Onlar Xocalıda baş verən dəhşətlərdən, xalqımıza qarşı edilən zülmlərdən danışıblar .

Çıxışlarda qeyd olunub ki, biz Xocalı soyqırımını unutsaq ermənilər öz yalan iddialarını bütün dünyaya çatdıra biləcəklər./azadxeber

  • Yazılıb
  • da (də) 2015 Feb 26