Tarix : 2015 Feb 26
Kod 45469

Gürcülər larinin ucuzlaşmasına görə mitinqə çıxdılar

Gürcüstanda milli valyuta, larinin kursunun kəskin ucuzlaşması üzündən hakimiyyətin istefası tələbi ilə aksiya keçirilib.

AranNews- Bu aksiya maliyyə naziri Nodar Xaduri və iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin biznes-sektorun nümayəndələri ilə görüşdükləri Tbilisi Marriot otelinin qarşısında olub, “Novosti Qruziya” xəbər verirb.
Çərşənbə axşamı aksiya iştirakçıları Tbilisidə Rustavelli küçəsində yerləşən mehmanxananın girişində toplaşıblar, bu səbəbdən nazirlər binaya ehtiyat girişindən daxil olubar. Əlində üzərində “Sıravi ogma xilas etmək”, “Nolar Xaduri” yazılan transparantlar olan aksiya iştirakçıları “Gedin! Larinin kuponlaşdırılmasını dayandırın” qışqırıblar.
 “Biz hakimiyyətin təcili istefasını, Nodar Xaduri və iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin vəzifələrindən getməsini tələb edirik. Hakimiyyət onsuz da ehtiyac içində olan milləti və ölkəni iqtisadi böhrana düçar etdi. Onlar mütləq istefa verməlidirlər, belə ki, rüşvətxor və heç nə etməyən hakimiyyət gürcü xalqının arzu və istəyi deyil”, - “Ədalətli nəsil” QHT-nin nümayəndəsi Qirşel Bartaya bildirib.
Aksiyada bir neçə qeyri-hökumət təşkilatının, o cümlədən “Azad zona” və “Ədalətli nəsil” QHT-nin üzvləri iştirak edib. Aksiya keçirilən əraziyə patrul polisi gəlib.

  • Yazılıb
  • da (də) 2015 Feb 26