Tarix : 2015 Feb 26
Kod 45468

Türkiyənin xarici işlər naziri: “Əslində, Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır”

"Əslində, Ermənistan da Dağlıq Qarabağ probleminin qurbanıdır”.

AranNews- bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ADA Universitetində mühazirəsi zamanı deyib.
O bildirib ki, ortada həlli dondurulmuş bir münaqişə varsa, hər kəs bundan zərər çəkməli olacaq: "Minsk Qrupu vaxtında həll üçün səmimi yanaşma ortaya qoysaydı, bu gün bəzi ölkələr bu zərərləri çəkməli olmazdı ”.
Nazir Azərbaycana səfərinin Xocalı qətliamının ildönümünə təsadüf etdiyini vurğulayıb: "Bu qətliamı unutmayacağıq və unutdurmayacağıq. Bunu törədənləri də lənətləyirik”.

  • Yazılıb
  • da (də) 2015 Feb 26