Tarix : 2015 Feb 26
Kod 45465

İran İslam İnqilabı Keşikçiləri Korpusu IX hərbi dəniz manevrlərinə start verib

İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında sayca IX hərbi dəniz manevrlərinə başlayıb.

AranNews- İran İslam Respublikasının İnqilab Keşikçiləri Korpusu Hörmuz boğazında təlimlərə başlayıb. Sayca doqquzucu dəfədir ki, keçirilən “Böyük Peyğəmbər” hərbi dəniz manevrlərinə start verilib.
Təlimlər HDQ və Hava Kosmik Müdafiə Qüvvələrinin iştirakı ilə keçirilir. İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Fədavinin verdiyi açıqlamada bildirilir ki, hərbi manevrlər İran ordusunun müdafiə gücünün yoxlanması və regionda təhlüksizliyin artması şuarı altında keçirilir.
Hərbi təlimlərdə mina əleyhinə gəmilər və 500-dən artıq sürətli katerlər iştirak edir. Bundan başqa, manevrlərdə PUA-lar yeni rabitə sistemləri “Kruz” raket sistemi və az mənzilli raketlərdən istifadə edilir. Qeyd edək ki, vhərbi təlimlər Hörmüz boğazında yerli saatla 08:30 radələrində başlayıb .

 

  • Yazılıb
  • da (də) 2015 Feb 26