Tarix : 2015 Feb 25
Kod 45463

Gürcüstanda Xocalı Soyqırımı anıldı

Ötən gün bütün Gürcüstan Müsəlmanları İdarəsi Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə tədbir keçirib.



AranNews-
Din xadimlərinin iştirak etdikləri mərasimdə əvvəlcə soyqırım qurbanlarının ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub .
Tədbirin aparıcısı Vidadi Qurbanov 1992-ci ilin 25-dən 26-sına keçən gecə Xocalıda baş verən insanlıqdan uzaq törədilən vəhşiliklər barədə statistik məlumat verib, Xocalı şəhidləri barədə şeirlər söyləyib .
Tbilisidə keçirilən bu tədbirdə BGMİ-nin şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev Xocalı faciəsinin dəhşətindən, əsrimizdə də dünyanın seyirci qaldığı soyqrımların, günahsız insan qətllərinin səngimək bilməməsindən, hər zaman müsəlmanlara aid məsələlərdə ikili standart sərgiləyən inkişaf etmiş aparıcı ölkələrin Xocalıya da ədalətli qiymət verməməsindən danışıblar. Cinayətkarların bir zaman dünya və şübhəsiz ədalətli Yaradanın qarşısında mühakimə olunacaqlarını söyləyiblər. Belə faciəvi hadisələrin məscid və məntəqələrdə təbliğat olunması barədə axund və imam xətiblərə tövsiyələr veriblər .
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının səbəb və nəticələri barədə ətraflı məlumat verib .
BGMİ nəzdində yaradılan Ağsaqqallar Şurasının üzvü, yazıçı publicist Əli Abbas müəllim “Xatın”dan da daha dəhşətli Xocalı qətliamını törədənləri tək-tək beynəlxalq məhkəməyə vermənin önəmindən danışıb .
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı hazırlanmış film nümayiş etdirilib.

  • Yazılıb
  • da (də) 2015 Feb 25