Tarix : 2015 Feb 24
Kod 45458

İranın Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının icraçı direktoru azərbaycan DGK sədri ilə bakida görüşüb

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İranın Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının İdarə heyətinin sədri və icraçı direktoru Rza Məsrurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AranNews- Iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən DGK sədri bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sahəsində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir .
Bir neçə ay əvvəl İranın iqtisadiyyat və maliyyə işləri nazirinin müavini, Gömrük İdarəsinin prezidenti Masud Karbasianın Azərbaycana səfərini məmnunluqla xatırlayan Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməyi və davamlı inkişafına töhfə verdiyini bildirib. İstər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan bu kimi görüşlərin ölkələrimizin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışan DGK sədri A.Əliyev birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməyinin vacibliyini diqqətə çatdırıb .
Səmimi qəbula görə A.Əliyevə təşəkkür edən Rza Məsrur İran hökumətinin regionun ən inkişaf etmiş dövləti olan Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirib, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, eləcə də Ənzəli Azad Ticarət Zonasında artıq bir neçə Azərbaycan şirkətinin səmərəli fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdırıb, bu şirkətlərin gələcəkdə sayının daha da artacağına ümidvar olduğunu bildirib .
Görüşdə, həmçinin Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, mövcud imkanlar və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb .

  • Yazılıb
  • da (də) 2015 Feb 24