Tarix : 2015 Feb 19
Kod 45444

Azərbaycan Respublikasının bir qrup şiəsi Ayətullah əl-üzma Bəşir Nəcəfi ilə görüşüb

Ayətullah əl-üzma Bəşir Nəcəfi: Ziyarətinin qəbul olmasını istəyən kəs öz həyatında dəyişiklik yaratmalıdır. Belə ki, bu dəyişilmə onun camiədəki bütün rəftar və davranışında təsir qoymalıdır.

AranNews- Redaksiyamızın "Hövzə" Xəbər Agentlyinə əsasən verdiyi məlumatına görə Azərbaycan Respublikasının bir qrup şiəsi Nəcəfdə yaşayan təqlid mərcəsi Ayətullah əl-üzma Bəşir Nəcəfi ilə görüşüb .
Ayətullah əl-üzma Nəcəfi bu görüşdə ziyarətçilərin daha artıq savab və bərəkət qazanmaları üçün pak hərəmlərin ziyarətinin əhəmiyyətinə, şərait, ədəb və qaydalarına, lazım olan müqəddimə işlərinə təkid edib .
Təqlid mərcəsi artırıb: "Mömin nəfsini mühasibəyə çəkməlidir və bununla yanaşı daim istiğfar etməli, tövbə etmək və günahı tərk etmək qərarına gəlməli, bundan sonra ziyarətə diqqətini yönəltməlidir ".
O həmçinin deyib: "Ziyarətinin qəbul olmasını istəyən kəs öz həyatında dəyişiklik yaratmalıdır. Belə ki, bu dəyişilmə onun camiədəki bütün rəftar və davranışında təsir qoymalıdır. Peyğəmbərlərin (ə) və pak imamların (ə) hərəmlərinin ziyarəti bəndə və Allah arasında mənəvi əlaqənin yaranmasına kömək edən və Subhan Allaha daha yaxın olmağa səbəb olan bir amildir. Çünki peyğəmbərlər (ə) və pak imamlar (ə) Allahın möhkəm ipləri və bizimlə Allah arasında vasitədirlər, biz onlara təvəssül edirik ".
Ayətullah Nəcəfi sonda təkid etdi ki, biz hamımız İslamın çöhrəsinə ləkə gətirən şübhələr qarşısında dayanmalı, əsil İslam yolu olan Peyğəmbər (s) və əhli-beytin (ə) yolunu izləməliyik

  • Yazılıb
  • da (də) 2015 Feb 19