Tarix : 2015 Feb 18
Kod 45441

İslam dinini qəbul edən fransızların sayı xeyli artıb

Paris terroru çoxlarını İslam haqqında etibarlı məlumatı tapmağa və onun haqqında yaranan mifləri təkzib məcbur edib

Arannews - Paris terrorundan sonra Avropa ölkələrinin məscidlərində İslam dinini qəbul edən fransızların sayı xeyli artıb .

Mən islam dinini ona görə qəbul etdim ki, İslamın mənfi bir din olmadığını sübut edim. - deyə yenicə müsəlman olmuş fransız RTL radiosuna müsahibəsində bildirib .

Strasburq və Obervildə İslam dinini qəbul edənlərin sayı 30%, Lion şəhərində isə 20% artıb .

məscidlərin ruhaniləri etiraf edirlər ki, əvvəlcə müsəlman olmaq istəyən fransızların axınına təəccüb ediblər. Lakin sonra məlum olub ki, Paris terroru çoxlarını İslam haqqında etibarlı məlumatı tapmağa və onun haqqında yaranan mifləri təkzib məcbur edib .

Parisin cümə məscidlərində son bir ayda İslam dinini qəbul edənlərin arasında həkimlər,polislər, məktəb direktorları və bir çox peşə sahibi olanlar var.

  • Yazılıb
  • da (də) 2015 Feb 18