Tarix : 2015 Feb 17
Kod 45433

Əli Abbasov İran İslam Respublikasına səfər edəcək

Əli Abbasov səfər çərçivəsində İran rəsmiləri ilə görüşəcək

Arannews -  Fevralın 22-də Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasına səfər edəcək .

Nazirlikdən Cenubnews.com İnternet Qəzetinə verilən məlumata görə, Qoşulmama Hərəkatına üzv dövlətlərin Tehranda keçiriləcək “Elm və innovasiya sahəsində əməkdaşlıq” mövzusundakı iclasında iştirak edəcək Əli Abbasov səfər çərçivəsində İran rəsmiləri ilə də görüşəcək .

Görüşlərdə Azərbaycan ilə İran arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsi və perspektivləri müzakirə ediləcək .

  • Yazılıb
  • da (də) 2015 Feb 17