Tarix : 2015 Feb 16
Kod 45429

Iranın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlib

Səfər zamanı Məhəmməd Cavad Zərif Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək

Arannews - İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana rəsmi səfərə gəlib .

Heydər Əliyev beynəlxalq hava limanında M.C.Zərifi Azərbaycanın yüksək rütbəli rəsmi şəxsləri qarşılayıblar .

Səfər zamanı M.C.Zərif Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək .

Görüşlər zamanı ikitərəfli əlaqələr, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər və digər regional və dünya gündəminin aktual məsələləri müzakirə olunacaq.

  • Yazılıb
  • da (də) 2015 Feb 16