Tarix : 2015 Feb 15
Kod 45425

Türkiyədə dünyanın ən böyük aeroportu inşa olunur

Türkiyənin paytaxtı Ankarada 3-cü hava limanı inşa olunur.

AranNews-in "Deyerler.org" -ya istinadən məlumatına görə, Bu aeroportda dünyanın ən böyük terminalı inşa olunacaq. Bu hava limanı sayəsində digər aeroportların işi asanlaşacaq. Son on il ərzində Türkiyəyə gələn turistlərin sayı artıdğına görə digər hava limanları ağır iş qrafiki çərçivəsində çalışmağa məcbur olurlar. Son on il ərzində İstanbulun əhalisi 4 dəfə artıb .
Bir müddət bundan əvvəl Türkiyənin baş naziri Əhməd Davudoğlu bu hava limanına baxış keçirib. Onun sözlərinə görə, bu hava limanının inşa olunması, Türkiyə iqtisadiyyatının əldə etdiyi nəticələrdən xəbər verir. Hava limanının terminalı 920 min kvadrat metri əhatə edəcək. 32 milyard dollar dəyərində olan obyekt istisnavi olaraq Türkiyə şirkətləri tərəfindən inşa olunur. Bu hava limanının sayəsində 120 min iş yeri yaradılacaq. Hava limanı ilk sərnişinləri 2017 -ci ildə qəbul edə biləcək. 2019 -ci ildə isə inşa işləri tamamlanacaq .
İlkin mərhələdə hava limanı hər il 120 milyon sərnişinə xidmət göstərəcək. Sonra bu rəqəmin 150 milyona qaldırılması planlaşdırılır. Hal-hazırda dünyanın ən böyük aeroportu sayılan Londonun Xitrou hava limanı hər il 70 milyon sərnişinə xidmət göstərir .

  • Yazılıb
  • da (də) 2015 Feb 15