Tarix : 2015 Feb 12
Kod 45417

İran İslam İnqilabının 36 cı ildönümü münasibətilə bakida tədbir keçirildi

İran İslam İnqilabının 36 cı ildönümü münasibəti ilə Bakıda yaşayan iranlılar üçün bayram tədbiri keçirilmişdir.

AranNews- İran Mədəniyyət Mərkəzində İran İslam İnqilabının 36 cı ildönümü münasibəti ilə Bakıda yaşayan iranlılar üçün bayram tədbiri keçirilmişdir. Bu tədbirdə İİR ın səfiri cənab Pakayin, Mədəniyyət Mərkəzinin sədri doktor İbrahimi, İran idarələrinin nümayəndələri iştirak edirdilər. Tədbir Mehdi rainin Quran Kərimdən ayələr oxuması ilə başladı. Sonra İranın nəaliyyətləri barədə klip göstərildi. Mədəniyyət Mərkəzinin sədri doktor İbrahimi qonaqları salamlayaraq onları bayram münasibəti ilə təbrik etdi. O bildirdi ki ikinci dünya müharibəsindən sonra dünya iki qütbə ayrılmışdı və dünya ölkələri bu iki qütbdən birinə siöınmalı olduğu bir vaxtda İran İslam inqilabı İmam Xomeyninin (r) rəhbərliyi ilə nə şərq və nə qərb şüarı ilə hamının onun qələbəsinə inanmadığı bir zamanda şahlıq rejimini yıxaraq qələbə çaldı.Amerika özünün qədim düşməniSovet İttifaqının qonşuluğunda öz strateji şərikini itirdikdən sonra maneələr yaratdı və 8 illik müharibə İran əleyhinə başladı. Bununla İranın inkişafının qarşısını almaq istəyirdilər. O, sonra bildirdi ki, İran xalqı sabit etdi ki islam əsasında dövlət qurmaq mümkündür. Sonra tanınmış xanəndə Alim Qasımova səhnədə təşəkkürnamə və əl iş olan hədiyyə verildi. Alim Qasımovda özünün qısa çıxışında bayram münasibəti ilə öz təbriklərini dedi.
Sonra İİR ın səfir cənab Pakayin çıxış etdi. O, Pəhləvi dövründə olan zülmlərlə müqayisə edərək islam inqilabının xilaskar olduğunu bildirdi. O bildirdi ki bu gün dünya super güclər  Əl Qaidə və İŞİD kimi terror qrupları yaratmaqla çalışırlar ki islamın və İran İslam Respublikasının simasını mənfi göstərməyə çalışırlar. İslam İnqilabının düşmənlərlə qarşılaşmaqda əsas mesajı vəhdətdir. O, sonra İslam Respublikasının müxtəlif elmi sahələrdə olan nəaliyyətləri barədə danışdı. Sonra muğam musiqi qrupu proqram icra etdi. Axşam namazından sonra İran istehsalı olan Qırmızı xalı filmi nümayiş olundu.

  • Yazılıb
  • da (də) 2015 Feb 12