Tarix : 2015 Feb 08
Kod 45399

Azərbaycanın media heyəti İrana səfər edib

ATV, İTV, APA TV televiziyaları, Həftə İçi qəzeti, Azad İnform İnformasiya Agentliyi və World Komunity jurnalının müxbir və operatorlarından ibarət 7 nəfərlik heyət şənbə günü günortadan sonra Təbrizə daxil olub

Arannews -  Azərbaycan Respublikasının 4-cü media heyəti Culfa sərhəd keçidi vasitəsi ilə İranın şimal-qərbində yerləşən Təbrizə səfər edib .

İRİB müxbirinin məlumatına görə, ATV, İTV, APA TV televiziyaları, Həftə İçi qəzeti, Azad İnform İnformasiya Agentliyi və World Komunity  jurnalının müxbir və operatorlarından ibarət 7 nəfərlik heyət şənbə günü günortadan sonra Təbrizə daxil olub .

Ezam olunan jurnalistlər bu səfərdə Şərqi Azərbaycan vilayətinin potensialları ilə bağlı tabe olduğu media üçün xəbər reportajları hazırlayacaqlar .

İranın Şərqi Azərbaycan ostanı Azərbaycan Respublikası və Ermənistanla müştərək sərhədi olduğuna görə, region ölkəkləri arasında yaxın əlaqələr üçün mədəni və iqtisadi sahələrdə əvəzsiz potensiala malikdir.

  • Yazılıb
  • da (də) 2015 Feb 08