Tarix : 2015 Feb 01
Kod 45373

Rusiya üçün Ukrayna əsas meydandır, Dağlıq Qarabağ isə ikinci dərəcəli önəmdədir

Dağlıq Qarabağda yeni müharibə başlayarsa, Rusiya təbii ki, onu bütün mümkün vasitələrlə dayandırmağa çalışacaq

Arannews - “Dağlıq Qarabağ zonasında yeni müharibə başlayarsa, Rusiya təbii ki, onu bütün mümkün vasitələrlə dayandırmağa çalışacaq. Ancaq Moskva eyni zamanda bir məqama da diqqət yetirəcək: müharibə Ermənistan-Azərbaycan sərhədindədir, yoxsa Dağlıq Qarabağdakı təmas xəttində. Bu da çox mühüm və fərqli məsələdir ”.

Məlumata görə, bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markedonov erməni saytına müsahibəsində söyləyib. Politoloq hərbi əməliyyatlar zamanı Rusiyanın KTMT üzvü kimi Ermənistan tərəfində olacağını söyləməyin çətin olduğunu da söyləyib .

 Bu suala dəqiq cavab vermək çətindir. Biz hələlik bilmirik ki, Ukrayna böhranı necə inkişaf edəcək. Kreml üçün Ukrayna bu gün əsas meydandır, Dağlıq Qarabağ isə - ikinci dərəcəli önəmdədir. Qarabağ haqda heç kim ciddi düşünmür. Əlbəttə, düşünürlər, amma ikinci dərəcəli məsələ kimi. Rusiyanın bu məsələyə hərbi müdaxiləsi Ukrayna hadisələrinin inkişafından asılı olacaq” - əlavə edib analitik .

 


  • Yazılıb
  • da (də) 2015 Feb 01