Tarix : 2015 Feb 01
Kod 45372

Hicab günü Moskvada CONFESSION FASHION DAY keçiriləcək

CONFESSION FASHION DAY mərasimi "Moskva müsəlman qadınları İttifaqı", "Müsəlman qadın" jurnalı, "Qadınlar ənənəvi dəyərlərin tərəfdarıdır" hərəkatı və "Aişə" beynəlxalq qadın klubunun dəstəyi ilə keçiriləcək

Arannews - Fevralın 1-də Moskvada IRADA dini geyiminin Confession Fashion Confection markası CONFESSION FASHION DAY adlı genişmiqyaslı tədbir keçirəcək .

bu tədbir 3 əlamətdar hadisəyə həsr olunub .

Əvvəla, həmin gün Ümumdünya Hicab Günü olaraq qeyd olunur. Digər tərəfdən, məhz bu bazar günü "Qadınlar ənənəvi dəyərlərin tərəfdarıdır " ictimai hərəkatının "Mən - Rusiyayam!" adlı ümumrusiya layihəsinə start veriləcək. Üçüncü əlamətdar hadisə odur ki, Moskvanın mərkəzində  fəaliyyət göstərən IRADA dini geyimlər mağazasının açılışından 1 bir il ötür .

Tədbir çərçivəsində bəzi işlərin görülməsi planlaşdırılıb. Həmin gün "Mən - Rusiyayam!" layihəsinin təqdimatı olacaq, hicabın bağlanması üzrə təlim keçiriləcək. O cümlədən  "looks for selfie" paltarların geyinilib baxılması,  xeyriyyə hərracı və  videoçarx çəkilişləri həyata keçiriləcək .

Tədbirin təntənəli hissəsi saat 15:00-da başlanacaq. CONFESSION FASHION DAY mərasimi "Moskva müsəlman qadınları İttifaqı", "Müsəlman qadın" jurnalı, "Qadınlar ənənəvi dəyərlərin tərəfdarıdır" hərəkatı və "Aişə" beynəlxalq qadın klubunun dəstəyi ilə keçiriləcək .


  • Yazılıb
  • da (də) 2015 Feb 01