Tarix : 2015 Feb 01
Kod 45370

Ermənistan müdafiə naziri təcili müşavirə çağırıb

Yanvar ayı ərzində Ermənistan silahlı qüvvələri təxminən 23 əsgər itirib

Arannews - Ermənistan müdafiə naziri Seyran Ohanyan 6 erməni əsgərinin Azərbaycan ordusu tərəfindən məhv edilməsi səbəbindən təcili müşavirə çağırıb .  

Müşavirədə müdafiə nazirinin müavinləri və silahlı qüvvələrin baş qərargah rəisi, idarələrin müdirləri, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Müşavirədə müzakirə olunan məsələlər barədə geniş məlumat verilməsə də mətbuata verilən açıqlamada bildirilib ki, erməni ordusunda baş verən son intihar halı müzakirə edilib .

Belə ki, açıqlamada general Aleksan Aleksanyanın xidməti araşdırmanın nəticələrinin müdafiə nazirinə təqdim edildiyi bildirilib. Seyran Ohanyan deyib ki, Aykaz Barseqyanın intiharına səbəb olan günahkarlar qanun üzrə cəzalandırılacaq .

Qeyd edək ki, bu gün silahlı qüvvələrimiz Azərbaycan-Ermənistan dövlət sərhəddinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən 6 erməni əsgərini məhv edib .

 

Yanvar ayı ərzində Ermənistan silahlı qüvvələri təxminən 23 əsgər itirib.


  • Yazılıb
  • da (də) 2015 Feb 01