Tarix : 2015 Feb 01
Kod 45369

Apellyasiya məhkəməsində Hacı Abgül Süleymanovun “krıtı” məsələsinə baxılıb

bu barədə vəkil Cavad Cavadov məlumat verib

Arannews - Bakı Apellyasiya Məhkəməsində, ruhani Hacı Abgül Süleymanovun qapalı rejimli həbsxanaya göndərilməsindən edilən şikayətə baxılıb .

 bu barədə vəkil Cavad Cavadov məlumat verib . 

Onun sözlərinə görə, gözləmədikləri halda 28 yanvarda ruhani Hacı Abgül Süleymanov barədə verilən şikayətlə bağlı Bakı Apellyasiya Məhkəməsində proses keçirilib. Növbəti iclas isə 4 fevral 11:30-a təyin edilib . 

Xatırladaq ki, Abgül Süleymanov 2011-ci il avqust ayının 11-də həbs edilib. İlahiyyatçı narkotik maddə satmaqda və istifadə etməkdə, qanunsuz aksiya təşkil etməkdə və qanunsuz odlu silah saxlamaqda ittiham edilərək 11 il həbsə məhkum olunub .


  • Yazılıb
  • da (də) 2015 Feb 01