Tarix : 2015 Jan 31
Kod 45367

indiyə kimi sionist rejimi Qarabağ məsələsində Amerikadakı erməni lobbisinə təzyiq göstərmək üçün heç bir addım atmayıb

zərbaycan Respublikası rəsmiləri Amerikada təsirli danışıqlar aparmaq üçün sionist lobbisindən istifadə etməyə səy göstərdiklərini desələr də, indiyə kimi sionist lobbisi Qarabağ məsələsində Amerikadakı erməni lobbisinə təzyiq göstərmək üçün heç bir addım atmayıb

Arannews - Qəsbkar sionist rejimin uşaqlı-böyüklü minlərlə günahsız fələstinlinin qatili olduğu və hər gün Livanın cənubu, Fələstin, Qəzzə, Qərb sahili və sair məntəqələrdə müsəlmanların qanını tökdüyü bir halda, bu dəfə müsəlman Azərbaycan xalqının Xocalı faciəsi üçün hiyləgərcəsinə göz yaşları axıdıb.

Şübhəli Xolokost hadisəsi barədə BMT-də çıxış edən sionist rejim başçısı- Reuven Rivlin Xocalı faciəsini "anti-semitizm" və "yəhudilərin qırğını" hadisələri kənarında kütləvi qırğınlar kimi yad edib.

Sionist rejim başçısının çıxışını alqışlayan APA informasiya agentliyi Fələstin xalqı ilə Azərbaycan xalqının eyni taleyə malik olmasından qəflətə qapılıbdır. Halbuki, Azərbaycan xalqı fələstinlilər və livanlıların müqavimətlərindən ülgü götürərək, Qüdsdə və Qarabağda işğal olunmuş ərazilərin azad edilmələrinin yeganə yolunu müqavimətdə görür.

Azərbaycan Respublikasında onlarla "təhlükəsizlik və siyasi" planın müəllifi olan sionist rejim müsəlman Azərbaycanda xərçəngvari iştirakı ilə öz cinayətlərinə qanuni don  geydirmək üçün bir dayaq nöqtəsi axtarmağa çalışır.

Azərbaycan Respublikası rəsmiləri Amerikada təsirli danışıqlar aparmaq üçün sionist lobbisindən istifadə etməyə səy göstərdiklərini desələr də, indiyə kimi sionist lobbisi Qarabağ məsələsində Amerikadakı erməni lobbisinə təzyiq göstərmək üçün heç bir addım atmayıb. Əksinə Amerika və Qərb ölkələri bu sahədə Azərbaycan Respublikasına maksimum təzyiq göstərib, Ermənistana isə ən yüksək səviyyədə diplomatik və maliyyə dəstəkləri veriblər. Buna görə, Qüdsü işğal etmiş rejimin başçısının təbirincə desək, onlar "əməldən çox göz yaşları axıdıblar". Göz yaşları da əgər hiyləgərcəsinə göz yaşları olmasa!

  • Yazılıb
  • da (də) 2015 Jan 31