Tarix : 2015 Jan 31
Kod 45366

Ukraynada azərbaycanlı iş adamı itkin düşüb

Ukraynanın Donetsk şəhərində azərbaycanlı biznesmen itkin düşüb

Arannews - Azərbaycanın Ukraynadakı səfirliyi iş adamının tapılması üçün BQXK-ə müraciət edib.

Ukraynanın Donetsk şəhərində azərbaycanlı biznesmen itkin düşüb. Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov açıqlamasında bildirib ki, bu, Azərbaycan vətəndaşı, 1973-cü il təvəllüdlü Əliyev Məhərrəm Məcid oğludur.

Ötən ayı Donetsk şəhərində itkin düşmüş azərbaycanlı iş adamının şəhərin kənarında avtomobili tapılıb, indiyə qədər ondan heç bir xəbər yoxdur.

A. Osmanov onu da deyib ki, Azərbaycanın Ukraynadakı səfirliyi iş adamının tapılması üçün bu ölkənin Xarici İşlər Nazirliyi vasitəsi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib.

  • Yazılıb
  • da (də) 2015 Jan 31