Tarix : 2015 Jan 31
Kod 45365

Pakistanda şiələrin kütləvi qətlinə qarşı etiraz aksiyası oldu

Etirazçılar hökumətə qarşı şüarlar səsləndirərək, bütün olanlarda Pakistan hökumətini qınayıblar

Arannews - Bir qrup insan Karaçi şəhərində aksiya keçirib

dünən Pakistanın liman şəhərlərindən biri olan Karaçidə bir qrup insan şiələrin kütləvi qətlinə qarşı etiraz aksiyası keçirib.

Aksiyanın keçirilməsinə səbəb, dünən Karaçi şəhərindən 470 km şimalda yerləşən Şikapur şəhərində şiələrə məxsus məscidin partadılması nəticəsində 60-a yaxın insanın ölümü və bir neçə nəfərin xəsarət alması olub. 

Etirazçılar hökumətə qarşı şüarlar səsləndirərək, bütün olanlarda Pakistan hökumətini qınayıblar.

Qeyd edək ki, Pakistanın Kvetta, İslamabad, Lahor şəhərlərində də analoji hadisələr baş verir. "Taliban" və ona bağlı digər qruplaşmalar şiələrə məxsus yaşayış yerlərini və məscidləri partlatmaqla yanaşı, eyni terror hadisələrini sünni icmasına qarşı etməkdən də çəkinmirlər.

  • Yazılıb
  • da (də) 2015 Jan 31