Tarix : 2015 Jan 31
Kod 45364

ERMƏNİ TV-Sİ AZƏRBAYCAN KANALI KİMİ GÖSTƏRİLDİ

qondarma Dağlıq Qarabağ separatçılarının televiziyası Azərbaycan kanalı kimi təqdim edildi

Arannews - “Streema.com” saytı qondarma Dağlıq Qarabağ separatçılarının televiziyasını Azərbaycan kanalı kimi təqdim edib. 

Azərbaycan televiziyaları ilə eyni sırada göstərilən Artsakh TV-nin verilişlərini məhz buradan birbaşa linklə izləmək mümkündür.

“Streema.com” saytın əsas səhvi ölkə ərazisində erməni separatçılığının təbliğatı ilə məşğul olan TV-nin geniş auditoriyaya çıxışının təmin edilməsidir. Üstəlik, Azərbaycan daxilində fəaliyyət göstərən televiziya Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib və rəsmən ölkənin əleyhinə təbliğatın təşkili ilə məşğuldur. Bu isə Azərbaycan qanunvericiliyi və beynəlxalq normaların heç biri ilə səsləşmir.

  • Yazılıb
  • da (də) 2015 Jan 31