Tarix : 2015 Jan 31
Kod 45362

AXCP-nin üzvü Seymur Həzi 5 il müddətinə həbs olundu

AXCP sədri : Seymur Həzinin həbsi siyasi həbslər dalğasının davamıdır

Arannews - Yanvarın 29-də Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin məhkəməsi keçirilib. Məhkəmənin hökmü ilə Seymur Həzi 5 il azadlıqdan məhrum edilib

Dövlət ittihamçısı ona 6 il həbs cəzası istəmişdi.

Atası Məşgul Həziyev AzadlıqRadiosuna deyib ki, bu qərar bir daha oğlunun həbsinin siyasi sifariş olduğunu göstərdi:

Məhkəmə əvvəldən sona qədər işə qeyri-obyektiv baxdı. Heç bir vəsatətləri təmin etmədi sonda da siyasi sifarişi icra etdi.

AXCP sədri Əli Kərimlinin firkincə Seymur Həzinin həbsi siyasi həbslər dalğasının davamıdır:

Siyasi sifarişli məhkəmə də belə ədalətsiz qərar verməli idi .

*Seymur Həzi avqustun 29-da tutulub, xüliqanlıqda ittiham olunur.

Müdafiə tərəfi ittihamın siyasi sifariş olduğunu deyir.

Hakimiyyət nümayəndələri isə bu iddianı rədd edir, onun həbsinin fəaliyyəti ilə bağlı olmadığını deyirlər.

Seymur Həzi “Azadlıq” qəzetinin əməkdaşı, AXCP-nin üzvüdür.

  • Yazılıb
  • da (də) 2015 Jan 31