Tarix : 2015 Jan 29
Kod 45361

PARİSDƏ İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ MƏQSƏDİ İLƏ QURAN PAYLANILIR

Fransada “Charlie Hebdo” jurnalının ofisinə hücumdan və Qərb ölkələrində xüsusi ilə Fransada islamofobiya artdıqdan sonra bu ölkədə yaşayan müsəlmanlar maraqlı təşəbbüsə əl atıblar.

Arannews - Fransanın paytaxtı Parisdə islamofobiya ilə mübarizə məqsədi ilə gül və Quranın fransız dilinə tərcüməsi paylanılır .

Verilən məlumata görə, Fransada “Charlie Hebdo” jurnalının ofisinə hücumdan və Qərb ölkələrində xüsusi ilə Fransada islamofobiya artdıqdan sonra  bu ölkədə yaşayan müsəlmanlar maraqlı təşəbbüsə əl atıblar .

Belə ki, küçədən keçən insanlara Quran və gül hədiyyə edib, İslamın sülh və dostluq dini olduğunu bildiriblər .

Fransız dilinə tərcümə olunmuş Quran nüsxələri  Parisin İtalya meydanında paylanılır.

  • Yazılıb
  • da (də) 2015 Jan 29