Tarix : 2015 Jan 29
Kod 45357

İranın iqtisadiyyat naziri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb

İlham Əliyev iki ölkənin çoxlu mədəni ortaqlıqlarına toxunaraq, bildirib ki, iki ölkənin iqtisadi əməkdaşlığı da siyasi əlaqələr kimi genişlənməlidir

Arannews - İranın iqtisadiyyat naziri Əli Təyyebniya dünən axşam Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb .

Azərbaycan Respublikası prezidenti bu görüşdə ötən bir ildə İran prezidenti ilə görüşlərini son dərəcə mühüm və səmərəli adlandıraraq, deyib ki, hazırda iki ölkə əlaqələri olduqca yaxşı səviyyədədir .

İlham Əliyev iki ölkənin çoxlu mədəni ortaqlıqlarına toxunaraq, bildirib ki, iki ölkənin iqtisadi əməkdaşlığı da siyasi əlaqələr kimi genişlənməlidir .

Azərbaycan Respublikası prezidenti iki ölkə arasında imzalanmış sənədləri mühüm adlandırıb və qarşılıqlı əməkdaşlıqların bank, sığorta və investisiya sahələrində də genişlənməsini vurğulayıb .

İlham Əliyev iki ölkənin əməkdaşlığını regionda stabillik və sülh sahəsində təsirli adlandırıb və bildirib ki, iki ölkə arasında həmkarlıqların gücləndirilməsi üçün əlaqədar orqanlara lazımi göstərişlər verilib .

Azərbaycan Respublikası prezidenti iki ölkənin dəmiryolunun birləşməsi və Şimal-Cənub koridorunun önəminə toxunaraq, deyib ki, bu layihənin istifadəyə verilməsi sürətlə başlanmalıdır .

İlham Əliyev sonra neftin qiymətinin aşağı düşməsinə də işarə edib. O, iki ölkənin bu sahədə ahəngdar olmasını vurğulayıb .

O, həmçinin deyib ki, iki ölkənin nazirlikləri iki ölkənin özəl sektorlarının fəaliyyətləri yolundakı maneələri aradan qaldırmalıdırlar .

Təyyebniya da bu görüşdə İran prezidentinin səmimi salamlarını çatdıraraq, Azərbaycan Respublikası prezidentinin qarşılıqlı əlaqələrin gücləndirilməsi üzrə yardımlarına görə minnətdarlıq edib .

İranın iqtisadiyyat naziri iki ölkə başçılarının münasibətlərin genişləndirilməsi sahəsindəki siyasi iradələrinə toxunaraq, deyib: Sizin və İran prezidentinin iqtisadi əlaqələrin inkişafı üzrə təkidinə və qarşılıqlı həmkarlıq üçün əla imkanların mövcudluğuna rəğmən, hələ də qənaətbəxş qarşılıqlı iqtisadi əlaqələrin şahidi deyilik .

Təyyebniya iki ölkə arasında iqtisadi həmkarlıq yolundakı maneələrin aradan qaldırılmasına lazım olan göstərişlərin verilməsini istəyib .

İranın iqtisadiyyat naziri həmçinin cənab Ruhaninin Azərbaycan Respublikası prezidentinin Tehrana səfərinə maraqlı olduğunu ona bildirib .

Təyyebniya ötən gün Azərbaycan Respublikası prezidenti ilə görüşdən sonra bu ölkənin iqtisadiyyat naziri ilə görüşüb .

 

  • Yazılıb
  • da (də) 2015 Jan 29