Tarix : 2015 Jan 28
Kod 45354

İran-Naxçıvan əlaqələrinin inkişafı üçün münbit şərait var

İranin Naxçıvandakı yeni baş konsulu İran-Naxçıvan əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi üçün münbit şəraitin olduğunu deyib

Arannews - İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı yeni baş konsulu İran-Naxçıvan əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsi üçün münbit şəraitin olduğunu deyib .

Mənsur Ayrım İRNA ilə müsahibədə qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsində təsirli amil sayılan mədəni bağlara işarə edərək, deyib: İki ölkə prezidentlərinin ötən bir il ərzində dörd dəfə görüşmələri, müştərək iqtisadi komissiyanın iclasının Bakıda təşkil edilməsi və digər dövlət rəsmilərinin qarşılıqlı formada görüşlər həyata keçirmələri, əlaqələrin genişləndirilməsində ciddi iradənin olmasından xəbər verir .

M.Ayrım həmçinin ümidvarlıq edib ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyinin əməkdaşlığı sayəsində əməkdaşlıqların genişləndirilməsi yolu ilə hər iki tərəfin maraqlarının daha artıq təmin edilməsi yolunda addımlar atılmış olsun .

Mənsur Ayrım cari milad ilinin mart ayından İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu kimi rəsmən fəaliyyətə başlamış olacaq.

  • Yazılıb
  • da (də) 2015 Jan 28