Tarix : 2015 Jan 28
Kod 45353

həbsdə olan jurnalist həbs müddəti uzadıldı

Müşavirədən qayıdan məhkəmə jurnalistin istintaq müddətində daha 2 ay həbsda saxlanması ilə bağlı qərar verib

Arannews - Səbayıl rayon Məhkəməsində bu gün həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılıb .

 prokuror Xədicə İsmayılın həbs müddətinin daha 4 ay uzadılması ilə bağlı təqdimat verib. Müşavirədən qayıdan məhkəmə jurnalistin istintaq müddətində daha 2 ay həbsda saxlanması ilə bağlı qərar verib .

X.İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevi «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır .

Xatırladaq ki, fevralın 5-də Xədicə İsmayılın həbs müddəti başa çatmalı idi.

  • Yazılıb
  • da (də) 2015 Jan 28