Tarix : 2015 Jan 28
Kod 45352

Azərbaycan Respublikası sərhəd xidmətinin rəisi İrana səfər edəcək

Elçin Quliyev İran və Azərbaycan dövlət başçılarının əlaqələrin genişləndirilməsi üçün siyasi iradəyə malik olduqlarını vurğulayaraq...

Arannews - Azərbaycan Respublikası sərhəd xidmətinin rəisi Elçin Quliyev iranlı həmkarı general-mayor Qasım Rzainin dəvət məktubunu aldıqdan sonra fevral ayında İrana səfər edəcəyinə ümidvar olduğunu bildirib .

Elçin Quliyev İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayinlə görüşündə iki ölkə sərhədlərinin nümunəvi qardaşlıq və dostluq sərhədi olduğunu vurğulayaraq deyib: Sevindirici haldır ki, tərəflər arasında dostcasına əməkdaşlıqlar nəticəsində iki ölkə sərhədlərində təhlükəsizlik və sakitlik hökm sürür .

Elçin Quliyev İran və Azərbaycan dövlət başçılarının əlaqələrin genişləndirilməsi üçün siyasi iradəyə malik olduqlarını vurğulayaraq deyib: Narkotiklərin qaçaqmalçılığı və mütəşəkkil cinayətlərlə mübarizə sahəsində qarşılıqlı əməkdaşlıqlar vacibdir .

Azərbaycan Respublikası sərhəd xidmətinin rəisi İranın narkotin maddələrin tranziti ilə mübarizə sahəsindəki fəaliyyətlərini yüksək qiymətləndirərək iki ölkə sərhədçilərinin son aylar ərzində intensiv görüşlərini müsbət qiymətləndirib .

Bu görüşdə İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də Elçin Quliyevin növbəti İran səfərinin tərəflər arasında iki ölkə sərhədlərinin təhlükəsizliyinin daha da gücləndirilməsinə və narkotiklərin qaçaqmalçılığı və insan alveri kimi problemlərlə müştərək mübarizəyə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib .

Möhsün Pakayin İran İslam Respublikasının Azərbaycan Respublikası ilə müştərək su və quru sərhədlərə malik olduğuna toxunaraq iki ölkə sərhədlərində sakitlik və dostluq atmosferinin hökm sürməsindən məmnunluq ifadə edib .

İranın Bakıdakı səfiri deyib: İki ölkə sərhəd qüvvələri müştərək sərhədlərin təhlükəsizliyinin mühafizəsinə tam məsuliyyətlə yanaşırlar.

  • Yazılıb
  • da (də) 2015 Jan 28