Tarix : 2015 Jan 27
Kod 45345

Möhsün Pakayin : Azərbaycan və Ermənistan Minsk qrupundan razı deyil

İran Islam Respublikasinin Azərbaycandakı səfiri : Doğrudur, Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun mexanizmini qəbul edib. Amma hər iki tərəf Minsk qrupundan razı deyil. İran da düşünür ki, Minsk qrupu çox iş görə bilmir.

Arannews – Doğrudur, Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı  ATƏT-in Minsk qrupunun mexanizmini qəbul edib. Amma hər iki tərəf Minsk qrupundan razı deyil .

Bunu İran Islam Respublikasinin Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə , iran islam respblikasinin Qarabağ məsələsində prinsipial mövqeyi var.   
M.Pakayin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Hərbi həll yolu regionda təhlükənin daha da alovlanmasına səbəb ola bilər. İstərdik ki, bu münaqişə danışıqlar və sülh yolu ilə həll edilsin. Bu yöndə bizim nə köməyimiz lazımdırsa, onu əsirgəmərik. Doğrudur, Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı  ATƏT-in Minsk qrupunun mexanizmini qəbul edib. Amma hər iki tərəf Minsk qrupundan razı deyil. İran da düşünür ki, Minsk qrupu çox iş görə bilmir. Halbuki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü Minsk qrupunun həmsədridir. Bu səbəbdən heç gümanımız da yoxdur ki, Minsk qrupu bu münaqişəni həll edə bilsin. Bir gün İrandan vasitəçilik istənilsə, biz də öz növbəmizdə məsələ ilə bağlı formatımızı təqdim etməyə hazırıq.

  • Yazılıb
  • da (də) 2015 Jan 27