Tarix : 2015 Jan 27
Kod 45343

ABŞ və Avropa birliyi 31 Azərbaycan məmuruna sanksiya qoydu !

Avropa Birliyi və ABŞ Dövlət Departamentinin ilkin razılaşdırdığı siyahıda 31 nəfərin adı var.

AranNews xəbər verir ki, Avropa Birliyi və ABŞ Dövlət Departamenti Azərbaycandan olan bir sıra məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə ilkin razılığa gəlib. Bu barədə məlumat «Azərbaycan saatı» proqramının son sayında verilib. Məlumata görə, bu məmurlar insan haqlarının pozulmasında birbaşa iştirakı olan hakimlər və prokurorlardır. İlkin siyahıya 31 nəfərin adı daxildir.

Adları siyahıda olan şəxslər bunlardır:

1. Rüstəm Usubov — Baş prokurorun birinci müavini

2. İbrahim Ləmbəranski — Baş Prokurorluğun müstəntiqi

3. Əhmədov Eldar — Baş Prokurorluqda İdarə rəisi

4. Nadir Mirzəyev — Baş Prokurorluğun müstəntiqi,

5. Pərviz İbayev — Baş Prokurorluğun müstəntiqi

6. Ramil Qurbanov — Baş Prokurorluğun müstəntiqi

7. Emil Qəhrəmanov — Baş Prokurorluğun müstəntiqi

8. Qasım Məmmədov — Baş Prokurorluğun müstəntiqi

9. Səttar Rzayev — Baş Prokurorluğun müstəntiqi

10. Vüqar Nəsibov — Baş Prokurorluğun müstəntiqi

11. Sənan Paşayev — Baş Prokurorluğun müstəntiqi

12. Orxan Babayev — Baş Prokurorluğun müstəntiqi

13. Emin Mehdiyev — Nəsimi rayon Məhkəməsinin hakimi (İlqar Məmmədovun işin aparıb)

14. Elmar Kərimov — Nəsimi rayon Məhkəməsinin hakimi ((Qurban Məmmədovun işin aparıb)

15. Xumar Mərdanova — Nəsimi rayon Məhkəməsinin hakimi (Qurban Məmmədovun işin aparıb)

16. Şəlalə Həsənova — Nəsimi rayon Məhkəməsinin hakimi (İntiqam Əliyevin işin aparıb)

17. Babək Pənahov — Nəsimi rayon Məhkəməsinin hakimi

18. Elman İsayev — Nəsimi rayon Məhkəməsinin hakimi

19. Faiq Qasımov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

20. İkram Şirinov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

21. Mirzəyev Sahibxan — Bakı Apellyasiya Məhkəməsinin hakimi

22. Camal Ramazanov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

23. Əflatun Qasımov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

24. Mirzəli Abbasov- Bakı Apellyasiya Məhkəməsinin hakimi

25. Əmir Bayramov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

26. Mirpaşa Hüseynov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

27. Həsən Əhmədov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

28.Vaqif Mursaqulov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

29.Qail Məmmədov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

30. Rizvan Səfərov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

31. Abid Abdinbəyov — Bakı Apellyasiya Məhkəməsinin hakimi

Məlumatda o da deyilir ki, Azərbaycan hökuməti artıq bu barədə məlumatlıdır. Bilirlər ki, adı çəkilən şəxslərə Avropa ölkələrinə getmək qeyri-rəsmi qadağandır. Bunun rəsmiləşməsi istiqamətində işlər gedir.

  • Yazılıb
  • da (də) 2015 Jan 27