Tarix : 2015 Jan 25
Kod 45340

Azərbaycan Respublikası hökuməti işğal olunmuş ərazilərin azadlığı üçün öz xalqına söykənməlidi

Azərbaycan Respublikası və Ermənistanın 1988-ci ildən Dağlıq Qarabağın mülkiyyəti üzərində ixtilafları vardır və 1994-cü ildə atəşkəsin elan olunmasına baxmayaraq, bu barədə yekun anlaşma əldə olunmayıb

 Arannews - Azərbaycan Respublikasında Milli Şuranın üzvü və Ziyalılar Forumun rəhbəri qərblilər, xüsusilə də Amerikanı insan haqları və Dağlıq Qarabağla əlaqədar məsələlərdə riyakarlıqda suçlayıb.

Səhər televiziyasının Bakıdakı müxbirinə müsahibə verən Eldəniz Quliyev qərbin insan haqları məsələsindəki ikili standartları və onların ifadə azadlığı məsələsindən vasitə kimi istifadə etmələrini tənqid atəşinə tutaraq əlavə edib: Qərblilər üçün heç nə onların iqtisadi mənafeyi qədər əhəmiyyət kəsb etmir və onların bütün mövqelərini iqtisadi mənafeləri müəyyənləşdirir.

Azərbaycan Respublikası Ziyalılar Forumunun rəhbəri qərblilərin Ermənistanın tərəfini saxlamalarını tənqid edərək deyib: Azərbaycan Respublikası hökuməti işğal olunmuş Qarabağ və ərazilərin azadlığı üçün öz xalqına söykənməlidir.

Azərbaycan Respublikası və Ermənistanın 1988-ci ildən Dağlıq Qarabağın mülkiyyəti üzərində ixtilafları vardır və 1994-cü ildə atəşkəsin elan olunmasına baxmayaraq, bu barədə yekun anlaşma əldə olunmayıb.

  • Yazılıb
  • da (də) 2015 Jan 25