. Aksiya iştirakçıları əllərində dini şüarlar yazılan bayraqlar tutaraq Qurani-Kərimdən ayələr səsləndirdilər. Bundan başqa mitinq iştirakçıları “Ləbbeyk Ya Məhəmməd”, “İslam sahibsiz deyil” kimi şüarlar dedilər
Arannews - Nardaranda İslam Peyğəmbəri(s) karikaturalarının
"Sharlie Hedbo" jurnalında dərc edilməsinə qarşı etiraz aksiyasi
keçirildi .
nümayiş iştirakçıları İslam
dininə, eləcə də müsəlmanların dini etiqadına heç bir əsas olmadan qərəzli və təhqiramiz
mövqe nümayiş etdirən Qərbə qarşı öz etiraz səsini ucaltmaqla həmin dövlətlərə,
onların ikiüzlü siyasətinə barışmazlıq sərgilədilər. Aksiya iştirakçıları əllərində
dini şüarlar yazılan bayraqlar tutaraq Qurani-Kərimdən ayələr səsləndirdilər.
Bundan başqa mitinq iştirakçıları “Ləbbeyk
Ya Məhəmməd”, “İslam sahibsiz deyil” kimi şüarlar dedilər.
Aksiyada Nardaran ağsaqqalları çıxış edərək böyük İslam Peyğəmbəri
uğrunda canlarını qurban verməyə hazır olduqlarını bildirdilər. Sionist rejimi
dəstəkləyən ölkələrin şeytana qulluq etdiklərini, bu cür həqarətlərlə İslamı məhv
etməyə çalışdıqlarını diqqətə çatdırdılar. Lakin Qərbin öz çirkin siyasətinə
heç zaman nail olmayacağını vurğuladılar.
Fransada baş verən terror hadisələrinin məhz Qərbin çirkin siyasətinin tərkib
hissəsi olduğunu qeyd etdilər.
Aksiyanın sonunda etirazçılar Nardaran ağsaqqallar şurasının
adından karikatura olayına etiraz bəyanatı qəbul etdilər, ABŞ və İsrail
bayraqlarını yandırdılar.