Tarix : 2015 Jan 22
Kod 45329

İlham Əliyevə qarşı etiraz aksiyası keçirildi

Sərhədsiz Reportyorlar '' Azərbaycanda siyasi məhbuslara azadlıq '' şüarı ilə aksiya keçirilib

 Arannews - 21 yanvarda ölkə başçısı İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşüb. Görüşdən əvvəl Angela Merkelin iqamətgahının qarşısında "Sərhədsiz Reportyorlar" Beynəlxalq Söz Azadlığını Müdafiə Təşkilatının təşəbbüsü ilə "Azərbaycanda siyasi məhbuslara azadlıq" şüarı ilə aksiya keçirilib.

İlham Əliyevlə Angela Merkel görüşdən sonra jurnalistlərin suallarına cavab veriblər. Mətbuat konfransının sonunda Almaniyada yaşayan azərbaycanlı mühacir " İlham Əliyev,  Azərbaycanda mətbuata azadlıq", "Azərbaycanda siyasi məhbuslara azadlıq" şüarları səsləndirib.

  • Yazılıb
  • da (də) 2015 Jan 22