Tarix : 2015 Jan 22
Kod 45328

Vəkil Leyla Yunusun səhhətinin ağır olduğunu qeyd etdi

Vəkil Əlayif Həsənov : Leyla Yunusun görmə qabiliyyəti kəskin zəifləyib, böyrək çatışmazlığından, hepatit C-dən əziyyət çəkir

Arannews - Vəkil Əlayif Həsənov Kürdəxanı Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusla görüşüb .

bu barədə vəkil məlumat verib. Vəkil bildirib ki, Leyla Yunus ötən müddət ərzində heç bir istintaq hərəkətinin aparılmamasından narazıdır. Vəkilin sözlərinə görə, L.Yunus hesab edir ki, istintaq hərəkəti bundan sonra da aparılmayacaq və 2015-ci ilin sonu, yaxud 2016-cı ilin əvvəlinə qədər, yəni Cinayət-Prosesual Məcəlləsinin imkan verdiyi qədər o həbsdə saxlanılacaq

Vəkil Leyla Yunusun səhhətinin də ağır olduğunu qeyd etdi. Həbs olunanda 62 kq çəkisi olan hüququ müdafiəçisi indi 48 kq-a qədər arıqlayıb. Həmçinin görmə qabiliyyəti kəskin zəifləyib, böyrək çatışmazlığından, hepatit C-dən əziyyət çəkir .

  • Yazılıb
  • da (də) 2015 Jan 22