Tarix : 2015 Jan 21
Kod 45323

Tehran Universiteti İslam dünyasının ən yaxşı universiteti seçildi

İslam dünyasındakı 320 universitet arasında edilən araşdırma nəticəsində Tehran Universiteti maksimum 100 balın 83 balını qazanaraq siyahının birinciliyində yer alıb

Arannews - İslam Dünyası Sənədləşmə Mərkəzi tərəfindən verilən açıqlamaya görə, Tehran Universiteti İslam dünyasının ən yaxşı universiteti seçilib.

İslam dünyasındakı 320 universitet arasında edilən araşdırma nəticəsində Tehran Universiteti maksimum 100 balın 83 balını qazanaraq siyahının birinciliyində yer alıb.

İslam Dünyası Sənədləşmə Mərkəzinin Araşdırma rəhbəri Şölə Ərəstəpurun sözlərinə əsasən, dünyaının 57 ölkəsindən 2000 universitetdən yalnız 320-si bal vermə turuna keçə bilib.

Belə ki, Tehran  Universiteti humanitar bilgilər sahəsində 1-ci, texnika və sənayə sahəsində 2-ci , sosial bilgilər sahəsində isə 6-cı yerə çıxaraq, 83 balla 1-ci pilləyə laiq görülüb.

  • Yazılıb
  • da (də) 2015 Jan 21