Tarix : 2015 Jan 18
Kod 45300

Təbrizdə "Dünya Müsəlman Azərbaycanlılar Günü" adila Konfrans keçirilib/19 Yanvar Qafqaz şiələrinin öz şiəlik ideyalarına qayıtma simvolu

Sovetlər birliyinin bünövrələri silkələndiyi zaman Arazın o tayının əhalisi 19 yanvarda ürəkləri İran və İslama sevgilə coşan bir halda İrana ayaq basdılar ki, İslam əqidələrinin bütün dəyərlərini dirçəltməyi fəryad etsinlər.



AranNews -
Təbriz Universitetinin İran Tarixi və Mədəniyyəti Mərkəzindən verilən məlumata görə 17 yanvarda bu mərkəzdə " 19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü" elmi konfransı keçirildi. Elm adamlarının iştirakı ilə keçirilən konfransda çıxış edən Təbriz Universitetinin İran Tarixi və Mədəniyyəti Mərkəzinin rektoru doktor Məhəmməd Əli Pərğu, Ayətullah Seyid Həsən Amili tərəfindən 19 yanvar gününün "Dünya Müsəlman Azərbaycanlıları Günü"  adlandırılması təşəbbüsünü alqışlayaraq dedi: "Azərilərin mədəniyyət və kimliklərinin əsil şiə maarifi və mədəniyyəti ilə qovuşması, çox mübarək və dəyərlidir. Bu, azəri şiə alimlərinin neçə əsrlər boyu çəkdikləri zəhmətlərinin, göstərdikləri fədakarlıqlarının, mücahidliklərinin məhsuludur və 19 yanvar həqiqətdə  azəri şiələrinin öz şiəlik ideyalarına qayıtma simvoludur ".
Təbriz Universitetinin elmi heyətinin üzvü çıxışının davamında şiə məzhəbinin dinamizmi, İranın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında İran azərilərinin roluna toxunaraq dedi: "Səfəviyyə dövləti tərəfindən İranda şiə məktəbinin rəsmi elan edilməsi İranın tarixi əzəmətinin dirçəlməsində, İslam və şiə məzhəbinin dəyərlərinin inkişafı və genişlənməsində əhəmiyyətli bir addım idi. O dövrdən indiyə kimi azərilər həmişə İslam və şiə dəyərlərinin möhkəmlənməsi yolunda hərəkət ediblər ".
İran İslam İnqilabının qələbəsində azərbaycanlıların rolundan söz açan rektor dedi: "Azərbaycanın rolu təkcə İran coğrafiyası ilə məhdudlaşmadı və İslam İnqilabının coşan mərkəzi kimi inqilabın ruh verən sədasını qonşu ölkələrə, o cümlədən Qafqaza və Azərbaycan Respublikasına çatdırdı. Belə ki, Qafqazın hətta qeyri-müsəlman əhalisi İran Azərbaycanı xalqından, əsasən də Təbrizin 29 Bəhmən qiyamından zülmlə mübarizə yollarını öyrəndilər. Ona görə də sovetlər birliyinin bünövrələri silkələnən zaman Arazın o tayının əhalisi 19 yanvarda ürəkləri İran və İslama sevgilə coşan bir halda İrana ayaq basdılar ki, İslam əqidələrinin bütün dəyərlərini dirçəltməyi fəryad etsinlər ".
Konfransın davamında tarix təhqiqatçısı Rəhim Nikbəxt çıxışında dedi: "Tarixi həqiqətlərin əsilliyini qorumağa diqqət elmi mərkəzlərin və universitetlərin missiyalarından hesab olur". O, Ayətullah Amilinin keçən il soveltlər birliyinin zəifləməsi ilə eyni zamanda Arazın o tayının azərilərinin İran sərhədlərinə toplaşması barədə verdiyi açıqlama və izahları dəyərli hesab etdi və onu Qafqaz məntəqəsinin tarixinin təhrifi ilə qarşılaşmaqda dəyərli açıqlama olduğunu vurğuladı .
Təbriz Universitetinin elmi heyətinin üzvü R. Nikbəxt bildirdi: "Artıq tarixi reallıqları açıqlama prosesi başlamışdır və son vaxtlar hətta anti-şiə mövqei tutması ilə məşhur olan Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarından biri Azərbaycan Respublikasının həqiqi tarixi ilə bağlı mətləblər demişdir və bu özü tarixi reallıqların açıqlanması proqramı çərçivəsində olan bir addım hesab edilir ".
Konfransın davamında bir sıra universitet müəllimləri və tələbələri də bu mövzuda öz baxışlarını çatdırdılar .
Qeyd edək ki, ötən il Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazının xütbələrində tarixi reallıqların açıqlanmasının, Qafqaz tarixində baş verən təhriflələ müqabilənin lüzumuna işarə edərək, İslam dininin və şiə məzhəbinin möhkəmlənməsində azərilərin xidmətlərini qorumaq olaraq 19 Yanvarı "Dünya Müsəlman Azərbaycanlıları Günü" adlandırmışdı .  

  • Yazılıb
  • da (də) 2015 Jan 18