Tarix : 2015 Jan 15
Kod 45289

İran -Türkiyə arasında yeni dəmir yolu xətti tikiləcək

Yeni dəmir yolu xətti İran və Türkiyənin ən ucqar bölgələrinə qədər uzanacaq

Arannews - İran İnformasiya Texnologiyaları və Kommunikasiya naziri Mahmud Vaizi

İran-Türkiyə arasında yeni dəmir yolu xəttinin tikintisi barədə razılıq əldə edildiyini açıqlayıb .

Vaizi türkiyəli həmkarı Cevdət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İran-Türkiyə əlaqələrinin tarixi dövrlərinə nəzər salınıb. İki ölkənin iqtisadi potensialının çox yüksək olduğu bildirilib və illik ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması qarşıya hədəf qoyulub .

Layihənin hazırlığına bu ildən başlanacaq. Yeni dəmir yolu xətti İran və Türkiyənin ən ucqar bölgələrinə qədər uzanacaq .

  • Yazılıb
  • da (də) 2015 Jan 15