Tarix : 2015 Jan 09
Kod 45224

Təbrizin imam cüməsi başsağlığı məktubu ünvanlayıb

Təbrizin imam cüməsi Hacı Mövsüm Səmədova və Azərbaycanın dindar xalqına başsağlığı məktubu ünvanlayıb.

AranNews- Təbrizin imam cüməsi və Vəliyyi-fəqihin nümayəndəsi həzrət Ayətullah Müctəhid Şəbüstəri Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun atasının vəfatı münasibətilə başsağlığı verib.

İnna lillahi və inna iləyhi raciun

Mərhum Mərdan Səmədovun vəfatı xəbəri məni kədərləndirdi. Bu ağır müsibəti onun qeyrətli və rəşid oğlu, hicab və İslam dəyərlərini müdafiə etdiyinə görə uzun müddətdir həbsxanada saxlanılan Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədova və Azərbaycanın bütün dindar xalqına başsağlığı verirəm. Allahdan təzə dünyasını dəyişmiş mərhum üçün bağışlanmaq və ilahi rizvan, dünya müsəlmanları və azadlıqsevərlər üçün izzət və qələbə arzu edirəm.

Təbriz, Ayətullah Müctəhid Şəbüstəri

14 Rəbiul-əvvəl, 1435 /

  • Yazılıb
  • da (də) 2015 Jan 09