Tarix : 2014 Dec 22
Kod 45034

Mustafaoğlu, bütün Azərbaycan xalqının sevimli ziyalı alimidir + Foto

"Elşən müəllim illərdir ki beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etmişdir."

AranNews- Bunu Aypara.tv-yə açıqlamasında ilahiyyatçı və araşdırmaçı Əkrəm Hacızadə deyib.
Əkrəm Hacızadə bildirib ki,  Elşən Mustafaoğlunu yaxından tanıyan biri kimi deyə bilərəm ki, bu insan vətənpərvərliyi, qayğıkeşliyi, akademik biliyə sahib olması və.s üstün xususiyyətləri ilə daima seçilirdi. Hər kəsə məlum olduğu kimi, Elşən müəllim illərdir ki beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etmişdir.
Hec də təsadüfi deyil ki, təxminən bir ay öncə, İranda keçirilən “Terrorizm Əleyhinə Beynəlxalq Konfrans” da QİM-in sədri, Şeyx Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkib hissəsində idi. Yeri gəlmişkən qeyd edim ki, Elşən müəllim dini məsələlərdə QMİ ilə üst səviyyədə əməkdaşlığın tərəfdarı idi.
Bu insanın Dövlətə, xalqa və dinə xidmətlərindən günlərcə danişmaq olar.
Düşünürəm ki, Elşən müəllimə qarşı atılan məlum tələsik addımlar beynəlxalq aləmin qınağını ilk öncə dövlətimizə yönəldəcək.
Bu gün Hacı Elşən kimi mülayim və ziyalı birisinə qarşı belə bir xoşagəlməz addımlar atılırsa, belə olan halda hansı ruhaninin təhlükəsizliyinə qaranti vermək olar? Bu yanlış addımın, ölkə ilahiyyatçılarının hakimiyyətə qarşı inamına sarsıdıcı zərbə vuracağını düşünürəm. Hər halda haqq öz yerini tapacağına ümid edirik.
Qeyd edək ki,İahiyyatçı Elşən Mustafaoğlu həbs olunub.O, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı  Elşən Mustafaoğlunun yaxınları verib. Dekabrın 19-da Hacı Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 4 gündür MTN-in təcridxanasında saxlanılır. İlahiyyatçının hansı maddə ilə ittiham olunduğu hələ ki, məlum deyil.




  • Yazılıb
  • da (də) 2014 Dec 22