Tarix : 2014 Dec 20
Kod 45030

Ermənistan dramı kəskin enişini yaşayır

Dram az da olsa rus rublu qarşısında da zəiflik göstərərk 7,74 dram olmaqla 0,34 dram eniş yaşayıb

Arannews - Məlumata görə, bu gün üçün dolların kursu 464,54 drama çatıb.

Ermənistan milli bankının mətbuat xidmətinin xəbərində bildirilir ki, keçən günlə müqayisədə qiymət 32,43 dram enib.

Ölkədə avronun kursu isə 570,17 drama çataraq 41,69 dram enib. Britaniya funtunun kursu isə 727,42 dram olaraq 49,14 dram enib. Dram az da olsa rus rublu qarşısında da zəiflik göstərərk 7,74 dram olmaqla 0,34 dram eniş yaşayıb.

Qeyd edək ki, Rusiya iqtisadiyyatından asılı olan ölkə, rublun kəskin düşməsi ilə qiymətlərin qalxması ilə də acınacaqlı günlərini yaşayır. Ümumiyyətlə dram valyuta olmaqdan çıxıb. Heç bir dəyişmə məntəqəsi dolları drama dəyişmir.

  • Yazılıb
  • da (də) 2014 Dec 20