Tarix : 2014 Dec 17
Kod 45003

Türkiyə telekanalında Azərbaycan prezidentinə həqarət

CNNTürk kanalının efirə gedən “Ne oluyor” verilişində Azərbaycan Prezidentinə qarşı həqarət olunub.

AranNews- proqramın qonaqları “Milliyyet” qəzetinin jurnalisti Aslı Aydıntaşbaş, jurnalist və yazıçı Levent Gültekin, Kanaltürk telekanalının Ankara üzrə nümayəndəsi Faruk Mercan, “Yeni Şafak” qəzetindən Yaşar Taşkın Koç ve jurnalist Mustafa Akyol gündəmlə əlaqəli mövzuları müzakirə ediblər.
Azərbaycan prezidentinə qarşı səslənən qeyri-etik fikirlərə isə verilişin aparıcısı tərəfindən reaksiya verilməyib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev haqqında mənfi danışan jurnalist Mustafa Akyol məşhur jurnalist Taha Akyolun oğludur. Və Taha Akyolun özü də CNNTürk kanalında veriliş aparır.
Xatırladaq ki, 2 ay əvvəl bu kanal Azərbaycan respublikasina qarşı ciddi səhv buraxmışdı. 

  • Yazılıb
  • da (də) 2014 Dec 17