Tarix : 2014 Dec 16
Kod 44992

Ermənistan hakimiyyəti ölkəni Avrasiya İttifaqına daxil etmək istəyir

əgər Belarus və Qazaxıstan hökumətləri öz ölkələri üçün daha münasib şərait əldə etməyə çalışırsa, Ermənistan ev tapşırıqlarını yerinə yetirən bir şagird kimi Avrasiya İttifaqına qoşulmağa can atır

Arannews – Ermənistan hakimiyyəti ölkəni Avrasiya İttifaqına daxil etmək istəyir .

Məlumata görə, bunu Ermənistan parlamentində çıxışı zamanı müxalifətçi deputat Aleksandr Arzumanyan bəyan edib.

O qeyd edib ki, əgər Belarus və Qazaxıstan hökumətləri öz ölkələri üçün daha münasib şərait əldə etməyə çalışırsa, Ermənistan ev tapşırıqlarını yerinə yetirən bir şagird kimi Avrasiya İttifaqına qoşulmağa can atır:

“Gəlin, gözləyək və görək, bizim belaruslu və qazaxıstanlı tərəfdaşlarımız hansı mənfəətlər əldə edəcək, sonra isə nə edəcəyimizi nəzərdən keçirək. Hara tələsirik? Siz burada yox, Avrasiya İttifaqına üzv ölkələrin paytaxtlarında ölkəmizin maraqlarını qorusaydınız, daha yaxşı olmazdımı?”.

  • Yazılıb
  • da (də) 2014 Dec 16