Tarix : 2014 Dec 14
Kod 44976

Səfirlik: İran və ABŞ Bakıda İŞİD-lə bağlı heç bir danışıq aparmayıb

Iranın Azərbaycandakı səfirliyi “Bakıda İranla ABŞ arasında gizli İŞİD anlaşması” ilə bağlı yayılan məlumatları təkzib edir.

AranNews- Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi deyib.
M.Ayətullahi deyib ki, Azərbaycanın bəzi KİV-ləri vasitəsi ilə Bakıda İranla ABŞ arasında İŞİD terror qruplaşması ilə bağlı gizli danışıqların aparılması ilə bağlı yayımlanan xəbərlər əsassızdır. “İran və ABŞ rəsmiləri arasında Bakıda heç bir danışıq aparılmayıb”.
Qeyd edək ki, bəzi KİV-lərdə etibarlı mənbəyə istinadən məlumat yayılmışdı ki, “bugünlərdə ABŞ və İranın emissarları arasında Bakıda İŞİD-lə bağlı ilginc razılıq əldə edilib.”

  • Yazılıb
  • da (də) 2014 Dec 14