Tarix : 2014 Dec 08
Kod 44935

İranin ədliyyə nazirinin müşaviri Azərbaycana səfər edəcək

Möhsün Pakayin : Şahrux Hidayətinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana dekabrın 14-də gələcək

Arannews - İranın ədliyyə nazirinin müşaviri və Ədliyyə Nazirliyinin Məhkəmə Sistemi ilə əlaqələr üzrə İdarəsinin rəhbəri Şahrux Hidayəti Azərbaycana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin deyib ki, Ş.Hidayətinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana dekabrın 14-də gələcək.

Onun sözlərinə görə, səfər zamanı Ş.Hidayəti Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və İranda cəza çəkən vətəndaşların ekstradisiyası və ədliyyə sahəsində digər məsələlər müzakirə olunacaq.

  • Yazılıb
  • da (də) 2014 Dec 08